Sayğaclara müdaxilə etmək mümkündür? - "Azərişıq"dan

Azərişıq ASC-nin sayğacları oflayn rejimdə işləyir. Sayğacların parametlərini dəyişdirmək mümküm deyil. İnformasiya sisteminə isə kənar müdaxilə ola bilməz.

Metbuat.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərişıq ASC-nin Enerji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli bildirib.

""Azərişığ"ın abonentlərlə münasibətində informasiya məhdudlaşması qətiyyən yoxdur. Çap olunmuş bildirişlərdə bütün məlumatlar əks olunur. Sayğaclardakı əks olunan enerji sərfiyyatının artımı abonentlərin istifadə etdikləri soyuducu və digər avadanlıqların güc və texniki parametlərindən asılıdır", - deyə V.Nəbibəyli qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR