Eldar Həsənova qarşı irəli sürülən ittihamlar məlum oldu

Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənova qarşı irəli sürülən ittihamlar məlum olub.

Metbuat.az xəbər verir ki, Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələrilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Səbail rayon Məhkəməsinin qərarı ilə Eldar Həsənov barəsində noyabrın 3-dək həbs-qətimkan tədbiri seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR