Türkiyədə terror aktının qarşısı alındı

Türkiyənin Adana vilayətində terror aktı törətməyi planlaşdırılan şəxs tutulub.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, terrorçunun saxlanıldığı avtomobildə 20 kiloqramdan artıq partlayıcı maddə aşkarlanıb.

Araşdırma zamanı həmin şəxsin PKK-nın tapşırığı ilə Türkiyə ərazisində terror aktı törətməyi planlaşdırdığı müəyyən edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR