Tramp seçkidən əvvəl Putinlə görüşmək istəyir

ABŞ Prezidenti Donald Tramp ölkəsində noyabr ayında keçiriləcək prezident seçkilərindən əvvəl rusiyalı həmkarı Vladimir Putinlə görüşmək istəyir.

Metbuat.az xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat yayıb.

Bildirilib ki, Tramp administrasiyası görüş üçün bir neçə məkan və vaxtla bağlı müzakirələr aparır. Prezidentlərin görüşünün sentyabr ayında Nyu-Yorkda baş tutacağına dair iddialar da səsləndirilir. Hələlik bu məsələ barədə rəsmi açıqlama verilməyib.

Ehtimal olunur ki, belə bir görüşün keçirilməsində məqsəd nüvə silahlarına nəzarətə dair yeni danışıqların aparılmasıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR