Bu materialdan olan geyimlər

Pambıq qumaşdan hazırlanmış paltarlar COVID-19-dan qoruya bilər.

Metbuat.az xəbər verir ki, bu qənaətə gələn Kanadanın İctimai Səhiyyə Agentliyi və Manitoba Universitetinin alimləri araşdırma aparıblar.

Aparılmış araşdırmanın nəticələrinə əsasən, 100 % pambıq qumaşda olan virus deqradasiyaya uğraması üçün 1 sutkadan da az vaxt lazım olub.

Mütəxəssis qeyd edib ki, bu materialın sanitar üstünlüklərindən hər kəs istifadə edə bilər.

O bildirib ki, üçqat qumaşdan hazırlanmış pambıq maskalar eynən cərrahi geyim qədər yüksək müdafiəyə malikdirlər. Onun sözlərinə görə, bu cür maskalar koronavirusun yayılmasına səbəb olan respirator damcıların qarşısını yaxşı kəsir.

Mənbə:İzvestiya.ru


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR