Son dəqiqə:

Belarus hökuməti ölkədə baş tutmuş prezident seçkilərinin son nəticələrinin rəsmi olaraq elan edilməsindən sonra istefaya gedib.

Metbuat.az xəbər verir ki, Nazirlər Kabinetinin 480 nömrəli qərarı ilə artıq hökumət istefasını yeni seçilmiş prezidentə (Aleksandr Lukaşenko) təqdim edib.

Sənəd qəbul edildiyi gündən qüvvəyə minir. Belə ki, 2008-ci ildə qəbul olunmuş qanuna görə, hökumət yeni seçilmiş prezident qarşısında tam tərkibdə istefa verməlidir.

Məlumat üçün bildirək ki, Minskdə günlərdir davam edən etiraz mitinqlərinə baxmayaraq, Mərkəzi Seçki Komissiyası Aleksandr Lukaşenkonun 80,1 faiz səslə qalib gəldiyini açıqlayıb.

Mənbə: ''Belta.by”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR