"Radar"a düşən sürücülər

Sürücülərə şad xəbərimiz var.

Adətən sürücülər radara düşəndə cərimə ödəməli olurlar, bu dəfə əksinə olacaq.

Metbuat.az xəbər verir ki, tanınmış aparıcılar Elcan Məmmədli və Rüfət Nadirlinin təqdimatında həftə içi 5 gün saat 16:00-dan 17:00-dək Space radio 104 FM-də “Radar” adlı yeni layihədə sükan arxasında olan sürücülər 20 litr benzin qazanacaq.

Bunun üçün çətin suallara cavab vermək və ya hər hansı bir şərti yerinə yetirməyə ehtiyac yoxdur. Yeganə şərt radioda "Radar”a düşməkdir. Əgər siz radioda avtomobilinizin dövlət nömrə nişanını eşitdinizsə,deməli artıq "Radar”a düşmüsünüz. Avtomobilinizi saxlayırsiz və səyyar aparıcınız Elcan sizə 20 litr yanacağı hədiyyə edir.Bu qədər sadə!

"Radar” avtoşousu bu ayın sonu başlayacaq. ”Radar”ın layihə rəhbəri və aparıcılarından biri Elcan Məmmədli layihənin fərqliliyinə diqqət çəkərək qısa zamanda avtoşounun sükan arxasında əyləşən sürücülərin favorit verilişinə çevriləcəyini bildirdi.

“Biz inanırıq ki, layihəmizlə dinləyicilərimizə çoxlu hədiyyələr qazandıracayıq. Bundan başqa, həmkarım, dəyərli dostum Rüfətlə bu layihəni bölüşmək çox xoşdu. Sürücülərimizə demək istəyirəm ki, bu "Radar”a hər biri düşə bilər.Qulağınız bizdə, diqqətiniz yolda olsun!

Biz də öz növbəmizdə sevilən aparıcılarımıza yeni layihədə uğurlar arzu edirik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR