Kafe-restoranlarda hansı qaydalara əməl olunmalıdır?

Sabahdan etibarən fəaliyyətə başlayacaq ictimai iaşə müəssisələrində hansı qaydalara əməl olunmalıdır?

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Metbuat.az-a verilən məlumata görə, Pandemiya dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, açıq havada fəaliyyət göstərən ictimai iaşə mütəmadi dezinfeksiya işləri aparılmalı, hər bir masada dezinfeksiyaedici məhlulların yerləşdirilməsi təmin olunmalıdır. Kafe və restoranlarda təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməli, müəssisə təmizlik vasitələri, dezinfeksiyaedici maddələrlə, axar isti və soyuq su təchizatı ilə daimi olaraq təmin edilməlidir.

İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar.İctimai iaşə müəssisələrində hansı qaydalara əməl olunmalıdır? (FOTO) - Gallery Imageİctimai iaşə müəssisələrində hansı qaydalara əməl olunmalıdır? (FOTO) - Gallery Image İctimai iaşə müəssisələrində hansı qaydalara əməl olunmalıdır? (FOTO) - Gallery Image İctimai iaşə müəssisələrində hansı qaydalara əməl olunmalıdır? (FOTO) - Gallery Image İctimai iaşə müəssisələrində hansı qaydalara əməl olunmalıdır? (FOTO) - Gallery Image İctimai iaşə müəssisələrində hansı qaydalara əməl olunmalıdır? (FOTO) - Gallery Image İctimai iaşə müəssisələrində hansı qaydalara əməl olunmalıdır? (FOTO) - Gallery Image İctimai iaşə müəssisələrində hansı qaydalara əməl olunmalıdır? (FOTO) - Gallery Image İctimai iaşə müəssisələrində hansı qaydalara əməl olunmalıdır? (FOTO) - Gallery Image


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR