x
Loading...

Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları keçiriləcək

.

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək.

Metbuat.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma keçiriləcək. Azərbaycan çempionu "Qarabağ" Bakıda Şimali Makedoniyanın "Sileks" klubu ilə üz-üzə gələcək.

Matçlardan sonra növbəti mərhələyə yüksələn komandalar bəlli olacaq. Təsnifat mərhələləri bir oyundan ibarət olduğu üçün qaliblər II raunda vəsiqə əldə edəcəklər. Məğlub komandalar isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

Çempionlar Liqası

I təsnifat mərhələsi

20:00. “Qarabağ” (Azərbaycan) - “Sileks” (Şimali Makedoniya)
21:00. “Legiya” (Polşa) – “Linfild” (Şimali İrlandiya)
22:00. “Dinamo” (Brest, Belarus) - “Astana” (Qazaxıstan)
22:45. “Seltik” (Şotlandiya) – “Reykyavik” (İslandiya)
23:00. “Srvena Zvezda” (Serbiya) - “Europa” (Cəbəllütariq)

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin digər matçları avqustun 19-da olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR