Koronavirusda SON DURUM: Yoluxan sayı 22 milyonu keçdi

.

Dünyada koronavirusa yoluxanların sayı 22 milyon 50 min 472-yə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə koronavirus statistikalarını araşdıran "Worldometer" saytı məlumat verir. Dünyada ən çox yoluxmanın görüldüyü ABŞ-da yoluxanların sayı 5 milyon 612 mindən çoxdur.

Yoluxanların sayına görə sonrakı sıralarda Braziliya (3 milyon 363 min 235), Hindistan (2 milyon 701 min 604), Rusiya (927 min 745) və CAR (589 min 886) qərarlaşıb.

Türkiyədə isə yoluxma sayı 250 mini ötüb.

Yoluxma sayının 100 mindən çox olduğu ölkələr arasında Almaniya, Fransa, İraq, Filippin, İndoneziya, Kanada, Qətər, Qazaxıstan, EkvadorBoliviya yer alır.

Mənbə: Anadolu Ajansı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR