Prezidentin köməkçiləri Ərtoğrulla görüşdü

Prezidentin köməkçiləri Şahmar Mövsümov və Hikmət Hacıyev Operativ Qərargahın brifinqləri ilə bağlı satirik videolar hazırlayan rejissor Ərtoğrul Kamalovla görüşüblər.

Metbuat.az xəbər verir ki, bu barədə Ə.Kamalov sosial şəbəkə hesabında yazıb.

“Çox dəyərli Şahmar müəllim və Hikmət müəllimlə görüşümüz baş tutdu. Mənim üçün qururverici anlar idi. Səmimiyyətləri isə tamam başqa idi. Var olun, ölkəmizin dəyərli oğulları. Allah sizi qorusun. Nə yaxşı ki, sizi şəxsən tanıdım, nə yaxşı ki, varsınız. Şahmar müəllim də, Hikmət müəllim də videolarımı çox bəyəndiklərini və davam etməyimi istədilər”, - deyə gənc rejissor görüşlə bağlı təəssüratlarını bölüşüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR