Lukaşenko və Putin arasında növbəti telefon danışığı olub

Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putin arasında növbəti telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, bu barədə “BelTA” məlumat yayıb.

Putin Almaniya Kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makronla Belarus üzrə keçirdiyi söhbətlərdən danışıb.

“Vladimir Putin belaruslu həmkarına Almaniya Kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makronla Belarusdakı vəziyyətə dair danışıqlar barədə məlumat verib”, - məlumatda deyilir.

Xatırladaq ki, siyasətçilər arasında daha əvvəlki telefon danışıqları avqustun 15-də və 16-da baş tutmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR