TƏBİB məlumat yaydı -

Azərbaycanda koronavirusla bağlı 18 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Son sutkada koronavirusa görə 6361 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 843 min 269-a çatıb.

Reanimasiyada olan xəstə sayı 195, süni tənəffüs cihazında olan xəstə sayı 27 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 34 min 474 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 32 min 201 nəfər müalicə olunaraq sağalıb, 509 nəfər vəfat edib. Aktiv xəstə sayı 1764 nəfərdir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR