Prezident Zaqatala ilə bağlı

Prezident İlham Əliyev Zaqatala rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Metbuat.az xəbər verir ki, sərəncamla Zaqatala rayonunun əhalisi 62 916 nəfər olan 17 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 18 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,26 milyon (bir milyon iki yüz altmış min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Sıra

№-si

Yaşayış məntəqələri

Quyuların

sayı, ədəd

Əhalinin

sayı, nəfər

  • Aşağı Çardaxlar kəndi

    1

    1170

  • Bəhmətli kəndi

    1

    4786

  • Dağlı kəndi

    1

    3300

  • Əliabad qəsəbəsi

    1

    11200

  • Faldarlı kəndi

    1

    2156

  • Gözbarax kəndi

    1

    2061

  • Kəpənəkçi kəndi

    1

    1111

  • Qandax kəndi

    1

    1829

  • Qımır kəndi

    1

    1804

    10

    Maqov kəndi

    1

    1705

    11

    Mosul kəndi

    1

    3261

    12

    Muğanlı kəndi

    2

    3006

    13

    Muxax kəndi

    1

    8210

    14

    Yengiyan kəndi

    1

    1481

    15

    Yeni Suvagil kəndi

    1

    5355

    16

    Yolayrıc kəndi

    1

    1460

    17

    Yuxarı Tala kəndi

    1

    9021

    Cəmi

    18

    62 916


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR