Lotu Quli öldürüldü -

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyədə qətlə yetirilib.

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Antalyada şam etdiyi zaman yaxınları tərəfindən sui-qəsdə məruz qalıb.

Bununla bağlı “Anadolu” agentliyi məlumat yayıb.

Onun bir restoranda şam etdiyi şəxs tərəfindən silahla vurularaq öldürüldüyü bildirilir.

“Loti Quli”nin başından 4 güllə yarası aldığı bildirilir. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, onu öldürən şəxs də yaralanıb və hadisə yerindən qaçmağa müvəffəq olub. Ancaq cinayətkar Antalya-Dənizli yolunda polislər tərəfindən saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR