Qətlə yetirilən "Lotu Quli" kimdir? -

Xəbər verdiyimiz kimi kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyədə qətlə yetirilib.

Metbuat.az xəbər verir ki, o, Antalyada şam etdiyi zaman sui-qəsdə məruz qalıb.

Loti Qulinin başından 4 güllə yarası aldığı bildirilir. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Əldə etdiyimiz məlumata görə, tətiyi çəkən onun öz yaxınlığındakı adam, Xan Əhmədlinski ləqəbli kriminal avtoritetdir. O, yaralansa da hadisə yerindən qaça bilib. Ancaq cinayətkar Antalya-Dənizli yolunda polislər tərəfindən saxlanılıb.

Xəbər qısa müddətdə ölkə mediasında geniş yayılıb. Hazırda sosial şəbəkələrdə də əksəriyyət bu hadisəyə müxtəlif cür münasibət bildirir.

Lakin bəzi şəxslər Lotu Qulinin kimliyi barədə suallar verib, bu istiqamətdə də rəylər yazırlar.

Bəs Lotu Quli kimdir? Lotu Quli haqqında qısa mətni təqdim edirik:

Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. "Quli” gürcü dilində "ürək” deməkdi. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. "Quli” Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla ("Otar”) yaxın dost olub.

"Otar”ın 2003-cü il martın 21-də Moskvadakı "Suşi” barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra "Lənkəranski”yə "oğru” adı verən "Nardaranlı Mirseymur” da qətlə yetirilir ki, bunu da indiyədək "Quli”nin qisas cavabı hesab edənlər var.

Gürcüstan doğumlu azərbaycanlı "qanuni oğru”lar və kriminallar bu davada əsasən "Quli”ni dəstəkləyirdi. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının "xaç atası” sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da ("Ded Xasan”) alıblar.

Azərbaycanda qətl hadisəsində suçlu bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilən "Quli”nin vəkillərinin sözlərinə görə, o həbs edildiyi zaman Gürcüstanda verilən keçmiş SSRİ-nin pasportunu daşıyıb.

2005-ci ildə isə onun haqqında daha bir qalmaqallı cinayət işi açılıb. "Quli”yə və daha bir neçə məhkuma cəzaçəkmə müəssisəsində zorlama faktına, eləcə də ayrı-ayrı şəxslərdən qanunsuz pul tələb etdiyinə görə ittiham irəli sürülüb.

O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR