Astarada “Xınayaxdı” keçirənlər saxlanıldı -

Astara rayon Polis Şöbəsinə rayonun Şahağacı kəndində yaşayan İ.Nuriyevin karantin rejiminin qaydalarını pozaraq qızına “xınayaxdı” mərasimi keçirməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal sözügedən ünvana gəliblər və 40 nəfərlik məclisin keçirilməsinin qarşısı alınıb. Həmin şəxslərlə profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Məclisdə iştirak edən bir neçə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Məclisin təşkilatçısı İ.Nuriyev və onun qudası Lənkəran sakini M.Allahverdiyev barəsində toplanmış materiallar baxılması üçün Rayon Məhkəməsinə göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR