Bakının yeni Hərbi prokuroru kimdir? -

Xəbər verdiyimiz kimi Fərid Şükürov Bakıya yeni Hərbi prokuror təyin edilib.

Metbuat.az Fərid Şükürovun qısa tərcümeyi-halını təqdim edir:

Fərid Şükürov xidməti fəaliyyətinə Ağdam rayon prokurorluğunda başlamışdır. O, daha sonra Qarabağ hərbi prokurorluğunda müstəntiq, həmin hərbi prokurorluğun böyük müstəntiqi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru, Respublika hərbi prokurorunun köməkçisi, Təşkilat-analitik şöbəsinin rəisi və Qarabağ hərbi prokuroru vəzifəsində qulluq keçmişdir, ədliyyə polkovnikidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR