Trampdan TARİXİ ETİRAF -

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında maraqlı açıqlama verdi.

Metbuat.az xəbər verir ki, Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Amerikanın tarixində ən böyük xəta İraq torpaqlarına girmək olub.

" Çox sayda əsgərimizi İraqdan geri çəkdik. Bu gülünc, bitməyən müharibələrdən çıxırıq. Əslində heç əvvəldən oraya getməməliydik. Düşünürəm ki, tariximizdə bu günə qədər verilən ən pis qərar idi, bu olmamalı idi. "

ABŞ-ın Əfqanistan və Suriya kimi ölkələrdən əskərlərini geri çağırdığını deyən Tramp bildirib ki, Suriya ilə Türkiyə arasında baş verən döyüşlərdə Amerikanın geri çəkilməsini hər kəs dəhşətli adlandırsa da bu yaxşı qərar idi.

''Deyə bilirəm ki, Türkiyə həqiqətən öz işini özü həll edə bilər. Bizim Rəcəb Tayyib Ərdoğan ilə də çox yaxşı əlaqələrimiz var''- deyib.

Mənbə: Ensonhaber.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR