ÜST-dən AÇIQLAMA -

"Önümüzdəki günlərdə və aylarda artıq yeni normal həyata dönmək üçün bütün ölkələrin yollar axtarması lazımdır. Bu yeni normal həyat sosial və iqtisadi həyat davam edərkən, eyni zamanda, xəstəliyə yoluxmanın qarşısının alına bilinəcəyi bütün qaydalardan istifadə edilməlidir. İnsanlar gigiyenik qaydalarına riayət etməli, ara məsafələri saxlamalıdırlar”.

Metbuat.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, bunlar edildikdə ölkələr və hökumətlər ümumiyyətlə sərtləşdirilmiş karantin rejimi kimi tədbirlərin tətbiqinin əvəzinə yerli, bölgələrə, kəndlərə xas tədbirlər görərək bu xəstəliklə mübarizəni apara biləcəklər:

"Ümid edirik ki, bundan sonra ÜST olaraq bütün ölkə miqyasında deyil, lazımı və əhali arasında xəstəliyin yayıldığı yerlərdə yerli, lokal qapanmaları tətbiq edərək bu xəstəliklə mübarizəni aparacağıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR