İranda koronavirusa yoluxanların sayı 352 mini ötdü

İranda daha 139 nəfər koronavirusun qurbanı olub.

Metbuat.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, İranda, ümumilikdə, 20 264 nəfər pandemiyanın qurbanı olub.

Son sutkada daha 2 279 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 352 558-ə yüksəlib.

Məlumatda həmçinin 3 869 nəfərin ağır vəziyyətdə olduğu, 304 236 nəfərin isə sağaldığı vurğulanıb.

Mənbə: İRNA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR