x
Loading...

Koronavirus yoxsa qrip - xəstəlikləri necə qarışdırmamaq? - AÇIQLAMA

.

Yay fəsli sona çatır, qarşıdan isə payız və soyuq qış - mövsümi qrip və soyuqdəymə dövrü gəlir. Belə görünür ki, COVID-19 koronavirus pandemiyasının geri çəkilməsini gözləmək mənasızdır. Artıq bir sıra ölkələrdə epidemiyanın ikinci dalğası müşahşidə edilir. Bu, Azərbaycanda da gözlənilirmi?

Metbuat.az ölkənin pandemiya xəstəxanalarından birində uzun müddət işləyən terapevt həkim Mehriban Abdullayeva ilə bu mövzuda danışıb.

“Payız-qış dövrü ölkədə koronavirus infeksiyasının ikinci dalğasına səbəb ola bilər. Məsələ burasındadır ki, bu dövrdə kəskin respirator, bəzən də virus infeksiyaları yayılır. Buna görə vətəndaşlar mövsümi qrip və soyuqdəymə ilə koronavirusun əlamətlərini çaşdırmamaq üçün çox diqqətli olmalıdırlar”, - deyə o, bildirib.

Həkim sadalanan xəstəliklərin bir çox simptomunun oxşar olduğunu qeyd edib:

“Kəskin respirator infeksiyalarının simptomları daha tez aradan qalxır. İnsanda azacıq hərarət, öskürək, burun axması müşahidə edilir, amma bir neçə gündən sonra vəziyyət sabitləşir. Mövsümi qrip yüksək hərarət və əzginliklə müşahidə olunur. Koronavirusda isə hərarət o qədər tez yüksəlmir, ümumi əzginlik və əzələ ağrıları bir həftədən çox davam edə bilər. Koronavirusun əsas fərqləndirici xüsusiyyəti qoxu və dadbilmənin kəskin itməsidir”.

M.Abdullayeva yoluxanların sayının artmaması üçün vətəndaşları karantin rejiminin tələblərinə əməl etməyə çağırıb:

“Maska taxmaq, sosial məsafəyə riayət etmək çətin deyil, sağlamlığınız və yaxınlarınız haqqında düşünmək vacibdir”.

Həkimin sözlərinə görə, immunitetin yüksəlməsi üçün sağlam həyat tərzi keçirmək, çoxlu mövsümi meyvə və tərəvəz yemək, daha tez-tez təmiz havaya çıxmaq lazımdır.

“Həmçinin prlofilaktika üçün D vitamini və C vitamini (fışıldayan həblər və ya draje şəklində) qəbul edə bilərsiniz. Bundan əlavə, epidemiya zamanı hər hansı bir sink tərkibli preparatlar kursundan keçmək olar, çünki sink immuniteti stimullaşdıran və bədənin müdafiəsini gücləndirən təbii bir immunomodulyatordur”, - deyə M.Abdullayeva əlavə edib.

Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatına görə, koronavirusun ikinci dalğası olmayacaq. Bunun əvəzinə yoluxmaların “böyük bir dalğası” yüksəlib-azalacaq.

“Üstəlik, virusun bu növü mövsümi qrip ilə sinxronlaşmayıb”, - deyə ÜST-dən bildirilib.

Buna baxmayaraq, oktyabr ayında Rusiyada pandemiyanın ikinci dalğası gözlənilir.

Avropada karantin rejiminin yumşaldılması isə infeksiyanın yenidən başlanmasına səbəb olub. Məsələn, İspaniyada koronavirus xəstələrinin xəstəxanaya yerləşdirilmə sayı iyul ayının əvvəlindən orta hesabla beş dəfə arıb. Almaniya hökuməti statistikanın kəskin pisləşməsi fonunda ikinci dalğaya hazırlaşır. BelçikaFransa karantinin qaytarılmasını istisna etmir.

ABŞ-da da vəziyyət çox qeyri-sabitdir. Ən kritik bölgələr Kaliforniya, Florida, Texas, Nyu-York və Corciya ştatlarıdır. Yoluxmaların 40 faizi bu ərazilərin payına düşür. Eyni zamanda Amerika da xəstəliyin ikinci dalğasını gözləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR