Koronavirusa xas olan əsas əlamətlər

Koronavirusun dünyada qəbul olunan əsas əlamətləri qızdırma, quru öskürək və halsızlıqdır.

Metbuat.az xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

F.Sədirov bildirib ki, daha sonra gələn əlamətlər isə əzələ ağrıları, başağrıları, ürək bulanmaları, mədə-bağırsaq problemləri və digər əlamətlərdir. Onun sözlərinə görə, heç bir şikayət olmadığı halda dad və iy bilmə hissinin birdən-birə itməsi koronavirusa xas olan bir xarakterdir. Hətta bəzi ölkələrdə bu əlamətin olması virusun müsbət olması ehtimal kimi qəbul edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR