Türkiyədə koronavirusdan daha 772 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində daha 22 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 6 080 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 203 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 255 723 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 772 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 235 569 nəfər təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR