Bu amillər yoluxma sayının artmasına

Yoluxma sayının artımına təkan verən səbəblər arasında karantin qaydalarının yumşalması çərçivəsində fəaliyyəti bərpa olunan iaşə obyektlərinin rolu ola bilərmi? Təmizlik normalarına riayət edilməməsi virusun yayılmasına nə dərəcədə təkan verə bilər?

Metbuat.az xəbər verir ki, Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, xəstəliyin yenidən kəskinləşməsinə bir çox amillər təsir göstərə bilər:

“Restoranlarda təmizlik qaydalarına düzgün riayət edilməməsi, müştərilərə xidmət zamanı qabların, stəkanların dezinfeksiya olunmaması təbii ki, müəyyən dərəcədə yoluxma riski yaradır. Amma burada risk yüksək deyil. Əsas risk faktoru restorana gələn insanların qaydalara əməl etməməsidir. Çünki, açıq havada fəaliyyətinə icazə verilən restoranlarda sosial məsafənin gözlənilməsi üçün tədbirlər görülüb. Restoranlarda şəxsi təmizlik qaydalarına laqeydlik COVID-19 virusunun yayılmasını artıra bilər. Hər kəs bu qaydalara riayət etməlidir ki, yoluxma sayında artım baş verməsin”.

C.İsayev geyim və müxtəlif digər əşyalardan da yoluxma riskinin mövcudluğundan danışdı:

“Burada da risk az olsa da, insanlar əllərini hər hansı geyimə, digər əşyalara vurduqdan sonra ağız, burun yollarına toxunmamalıdır. Bu daha təhlükəlidir. Əllərini dərhal dezinfeksiya etməli ya da sabunla yumalıdırlar”.(Oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR