42 il axtarışda olan QATİL:

Amerikanın Kaliforniya şəhərində məhkəmə, 13 nəfəri öldürdüyünü və onlarla insana təcavüz etdiyini etiraf edən 74 yaşlı Cozef Ceyms Deancelon barəsində qərar çıxarıb.

Metbuat.az xəbər verir ki, keçmiş polis zabiti olan Deancelon on illərlə davam edən axtarışlardan sonra 2018-ci ildə həbs olunub.

Uzun müddətdən sonra onun şəxsiyyəti DNT müayinəsinin köməyi ilə müəyyənləşdirmək mümkün olub. Yerli rəsmilərin dediyinə görə, Deancelon 1976-cı ildən 1986-cı ilə qədər Kaliforniyada ən azı 13 qətl törədib və 50-dən çox şəxsə təcavüz edib.

Hökm oxunmamışdan əvvəl qatil "etdiyim əməldən səmimi şəkildə peşmanam” söyləyib.

Qərara əsasən, Cozef Ceyms Deancelon ömürlük azadlıqdan məhrum edilib.

Mənbə: Dailymail.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR