Siyavuş Novruzov töhmət almasından danışdı:

"Mən heç bir saytla danışmıram, töhmət almağımla bağlı xəbər yayılıb, qoy yayılsın, burda nə var ki?! Bu barədə danışmaq istəmirəm, sağ olun”.

Metbuat.az xəbər verir ki, bunu redaktor.az-a Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibinin müavini Siyavuş Novruzov karantin qaydalarını pozduğuna görə hakim partiya tərəfindən töhmət alması ilə bağlı danışarkən deyib.

Qeyd edək ki, koronavirus pandemiyasında kütləvi tədbirlərin qadağan edilməsinə baxmayaraq, AMEA prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsi (sabiq müllət vəkili İlham Əliyevin qızı) üçün villada baş tutan təntənəli toy mərasimi və bu mərasimdə bir çox sabiq və hazırkı məmurların iştirakı ciddi müzakirə mövzusuna çevrilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR