"Qarabağ" Premyer Liqaya qələbə ilə başladı

Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümdə ilk turun daha bir oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" "Sabah"ı qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 45-ci və 68-ci dəqiqələrdə Mahir Emreli vurub.

Qeyd edək ki, ilk tura sabah keçiriləcək "Qəbələ" - "Zirə" oyunu ilə yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR