Sabah hava necə olacaq? -

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Departamentindən Metbuat.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 23-26, Bakıda gecə 17-19, gündüz 23-25 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək. Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda isə 22-23 dərəcə isti təşkil edəcək.

Avqustun 24-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gündüz əksər rayonlarda yağıntı tədricən kəsiləcək, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19, gündüz 22-26, dağlarda gecə 5-10, gündüz 11-15 dərəcə isti olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR