Ramiz Mehdiyevin nəvəsinin toyunda oxuyan tanınmış müğənni cərimələndi -

Prezident Aparatının keçmiş rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha 16 nəfər cərimələnib.

Metbuat.az xəbər verir ki, həmin məclisdə iştirak edən digər şəxslər polis əməkdaşları tərəfindən İXM-in 211.1-ci maddəsi ilə cərimə ediliblər.

Cərimə edilənlər arasında tanınmış müğənni Azad Şabanov da var.

Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR