SON DƏQİQƏ! Bakıdan rayonlara gediş-gəlişin bərpası ilə bağlı

Son günlər Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində müəyyən sahələrdə karantin rejimi ilə bağlı yumuşalmaların edilməsinə qərar verdi.

Yay ayının sonları olsa da insanları hələ də maraqlandıran suallardan biri də şəhərlərarası nəqliyyatın açılması ilə bağlıdır.

Bu barədə Metbuat.az-a özəl müsahibə verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirdi ki, payız ayında gediş-gəlişin açılması ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı xidmətinə belə bir tapşırıq verilməyib.

''Həftə sonları istisna olmaqla şəhər daxili daşıma həm regionlarda, həm paytaxtda hər zaman işləyib amma mart ayından etibarən avtobusların bölgələrə işləməsi ilə bağlı sərnişin daşımalar və beynəlxaq daşımalar məhdudlaşdırıldı.

Səbəbi isə ondan ibarət idi ki, şəhərlərarası sərnişin daşıma zamanı ən azından iki saata yaxın vaxt lazım olur.

Hələ də qapalı mühüt virusa yoluxma baxımından təhlükəli sayılır. Avtobuslar ilə şəhərlərarası nəqliyyatın qadağan edilməsinə səbəb budur. Yəni ən böyük təhlükə hazırda uzaq məsafələri qət edən şəhərlərarası daşımalarda ola bilər.''

Nuridə Allahyarova bildirdi ki, bu məsələ ilə bağlı istər millət vəkillərinin, istərsə də digər səlahiyyətli şəxslərin fikir bildirməsi çox normaldır.

Amma müəyyən qurumları təmsil edən şəxslər, qanunverici və icraedici orqanlar bu məsələlər ilə bağlı dedikləri hər bir sözə görə mütləq qaydada Operativ Qərargahın qərarlarına əsaslanmalıdırlar.

"Gediş-gəlişin açılması ilə bağlı ölkədə xüsusi karantin rejiminin tətbiqi, ləğvi, yumuşaldılmalar Nazirlər Kabineti yanında Operativ Qərargaha həvalə olunub.

Operativ Qərargah da bir qurum kimi görünə bilər amma burada müxtəlif sferalardan, sahələrdən mütəxəssislər var və onlar da ümumi vəziyyətə baxaraq Bakıdan rayonlara gediş-gəlişin açılması ilə bağlı qərar verəcəklər.

Şükürlər olsun ki, hazırda COVİD-19 dan ölüm halları da demək olar ki, yoxdur amma insanların yoluxma arealı yenidən artmağa başlayıb. Bütün bu vəziyyətə uyğun olaraq Operativ Qərargah qərar verəcək daha sonra digər qurumlar da artıq icra prosessində iştirak edəcəklər.

Payız ayında gediş-gəlişin açılması ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı xidmətində də belə bir tapşırıq yoxdur. Təbii ki, tapşırıq olacağı təqdirdə biz sərnişinlərimizi daşımağa hazırıq.''

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR