İsrail və BƏƏ arasında daha bir razılaşma

İsrail ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) səhiyyə sahəsində əməkdaşlıq barədə razılaşıb.

Metbuat.az xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, İsrail Səhiyyə naziri Yuli Edelşteyn BƏƏ həmkarı Əbdürrəhman bin Məhəmməd əl-Uveys ilə telefon danışığı aparıb.

Telefon söhbətində nazirlər koronavirus epidemiyasının sona çatmasından sonra tələbə mübadiləsi proqramını həyata keçirmək barədə razılaşıb. Bundan əlavə, nazirlərin tibbi araşdırma və COVİD-19 əleyhinə mübarizə ilə bağlı fikir mübadiləsi apardığı vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR