"Yeni qərar ya məhsulların qiymət artımına səbəb olacaq, ya da..." -

Xəbər verdiyimiz kimi xaricdən gömrük ödənişi olmadan poçt və daşıyıcı şirkətlə fiziki şəxslərə gətirilən malların dəyəri 300 dollara endirilib. Bəs bu qərar iqtisadiyyatın inkişafı üçün hansı mənfi, müsbər rolları oynayacaq?

Metbuat.az bununla bağlı iqtisadçı ekspert Günay Hüseynovanın fikirlərini öyrənib. Ekspert bildirib ki, qərar ən çox kiçik sahibkarlara mənfi təsir göstərəcək:

“Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən fiziki şəxslər hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti ( 1500x1.70 AZN), beynəlxalq poçt göndərmələri və ya daşıyıcı şirkətlər vasitəsi ilə eyni fiziki şəxs adına 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan, şəxsi istehlak üçün nəzərdə tutulmuş, gömrük ərazisinə gətirilən mallar gömrük rüsumundan azad idi. Yeni dəyişiklərə əsasənlimit endirilir. Fiziki şəxs tərəfindən gömrük ərazisinə daxil olan mallarda artıq 800 ABŞ dolları ekvivalenti, beynəlxalq poçt göndərişləri və ya daşıma şirkətləri vasitəsi ilə daxil olan mallara isə 300 ABŞ dolları məbləğində limit tətbiq ediləcəkdir. Bu limitin aşağı salınması kiçik bizneslə məşğul olan sahibkarlar üçün heç də xoş olmayacaq. Onsuzda COVİD-19 virusundan yetərincə sarsılan sahibkarlara birdə bu limit tətbiq olunarsa vəziyyət heç də ürək açan olmaz".


Günay Hüseynova əlavə edib ki, pandemiya vəziyyətini də nəzərə alsaq, iqtisadiyyatın inkişafı üçün bu qanunlara yenidən baxılmalıdır:

“Əsasən bu addımın əsas səbəbi odur ki, vətəndaşlar malları şəxsi istifadə üçün alındığını desələr də, əsasən ölkəyə satılmaq üçün gətirilir. Bu isə bir növ vergidən yayınma hallarına səbəb olur. Vətəndaşın və ya sahibkarın idxal etdiyi məhsulu şəxsi istehlak adıyla gətirib satması qaçaqmalçılıqdır. Lakin sahibkarlığın inkişafı üçün, həmçinin də iqtisadiyyatını inkişafı üçün bu limit artırılmalıdır. Gömrük qanunvericiliyəbu dəyişikliklərin edilməsi əksər hallarda daxili bazarı, yerli sahibkarı qorumaq üçün nəzərdə tutulur. Lakin bu günkü vəziyyət hərkəsə məlumdur. Bələ bir halda Qanunvericiliyə yenidən baxılmalıdır. Əgər güzəştlər tətbiq edilərsə, limit artırılarsa düşünürəmki vətəndaş (sahibkar) da maraqlı olar bu halda. Onsuzda COVID-19 koronavirusdan dolayı yetərincə zərər çəkmiş sahibkara birdə bu limit tətbiq olsa, ya müxtəlif sahələrin bağlanmasına səbəb olacaq, ya da məhsullarda qiymət artımına”.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR