“Gözəllik ondur, doqquzu virusdur”:

Türkiyədə 35 nəfərin eyni makiyaj vasitəsindən istifadə etməsi kütləvi yoluxmaya səbəb olub.

Metbuat.az xəbər verir ki, təkcə salonlar deyil, eyni zamanda, üzə qulluq, kosmetoloji prosedurlar zamanı da yoluxma təhlükəsi davam edir. Prosedur üzdə olduğu üçün məsafə saxlamaq, maska taxmaq da mürəkkəbləşir, çox vaxt mümkünsüz olur.

Məsələ ilə bağlı İnfeksionist Vüsalə Yaşar Baku TV-yə müsahibəsində imkan daxilində pasiyentləri vizaj xidmətindən istifadə etməməyə çağırıb.

Onun sözlərinə görə, ənlik-kirşandan birdəfəlik istifadə mümkün deyil:

“Vizaj ustası bir müştəri üçün istifadə etdiyi kosmetikadan digər pasiyent üçün də istifadə edir. Ona görə virusa yoluxma riski artır”.

Daha ətraflı Baku TV-nin videosüjetində:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR