Covid-19 peyvəndini vuran ilk könüllüdən AÇIQLAMA:

''Peyvəndin heç bir mənfi təsiri olmadı. Peyvəndin virusa qarşı immunitet qazandırsa da, mən ehtiyatlı olaraq koronavirusa yoluxma risqinə qarşı bəzi tədbirlər gördüm və ictimai yerlərdə maska taxmağa davam edirdim.''

Metbuat.az xəbər verir ki, ABŞ-da koronavirus peyvəndi sınaqdan keçirən ilk könüllülərdən biri olan Jennifer Haller maraqlı açıqlama verib. Martın 16-da 43 yaşlı Cennifer Haller ABŞ-da Moderna biotexniki şirkəti tərəfindən hazırlanmış Covid-19 peyvəndinə könüllü olan ilk şəxs idi. O, ilk peyvənd dozasını aldığından 16 həftə sonra özünü mükəmməl hiss etdiyini söyləyib.

Peyvənd barəsində danışan Haller bildirib ki, istehsalçı şirkət " Moderna'' tərəfindən hazırlanan peyvənd çox fərqli bir üsulla hazırlanıb. Belə ki, hər peyvənddə sintez edilən

zülalın amin turşusu ardıcıllığına uyğun kimyəvi kodu daşıyan bir molekulu var.

43 yaşlı peyvəndə ilk könüllü qadın deyir ki, Moderna bir neçə həftə sonra könüllü olaraq səkkiz nəfərin bədənində antikorların yarandığını və bu peyvəndin virusa qarşı təsirli ola biləcəyini bildirib.

Məlumat üçün bildirək ki, dünyada 150-dən çox Covid-19 peyvəndi hazırlanıb. Hazırda iyirmiyə yaxın vaksin insanlar üzərində sınaqdan keçirilir.

Mənbə:Forbes.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR