Bu şəhərdə maska taxmaq məcburi olacaq -

Parisdə sabahdan etibarən tibbi maskadan istifadə məcburi olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə şəhər merinin səhiyyə məsələləri üzrə müavini Ann Suyri bildirib.

“Cümə günüdən saat 8:00-dan etibarən bütün paris ərazisində maska taxmaq məcburi olacaq”, - deyə o qeyd edib.

Qeyd edək ki, Fransa üzrə koronavirusa yoluxma sayında azalma müşahidə olunsa da, Parisdə vəziyyət gərgin olaraq qalır. İndiyədək ölkədə 253 587 nəfər koronavirusa yoluxub, 30 544 nəfər isə dünuasını dəyişib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR