"Keşlə" də Avroliqada mübarizəni dayandırdı

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.

Metbuat.az xəbər verir ki, təmsilçilərimizdən "Keşlə" də ilk oyununa çıxıb.

Yunis Hüseynovun rəhbərlik etdiyi komanda Bakıda Albaniyanın "Laçi" klubunu qəbul edib. Matçın əsas və əlavə vaxtında hesab açılmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan "Laçi" (5:4) növbəti mərhələyə yüksəlib, "Keşlə" isə turnirdə mübarizəni dayandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR