Əsəd rejimi son 4 ildə 13 mindən çox sivil öldürüb: 2 mindən çoxu uşaqdır

Sivil insanlara qarşı hüquq pozuntularını araşdıran "Suriya İnsan Haqları Şəbəkəsi" (SNHR) Əsəd rejiminin avqust 2016-avqust 2020 tarixlərində işlədiyi insan haqları pozuntularını əks etdirən hesabatı BMT-yə təqdim edib.

Metbuat.az bildirir ki, hesabata görə, Əsəd rejimi son 4 ildə 13 min 278 sivil insanı öldürüb. Bunlardan 1445-inin qadın, 2 min 773-ünün uşaq olduğu qeyd edilib. Bu müddətdə rejim 53 dəfə kimyəvi silah hücumuna əl atıb.

Həmçinin hesabatda yetərsiz qidalanma nəticəsində 109 sivilin öldüyü qeyd edilib.

Mənbə: Anadolu Ajansı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR