.

İşəgötürənlərin diqqətinə

.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işəgötürənlər tərəfindən məşğulluq haqqında qanunvericilikdə nəzərdə tutulan hesabatların Agentliyə təqdim edilməsi prosesini artıq tam elektronlaşdırıb.

Metbuat.az xəbər verir ki, həmin hesabatlara “Boş iş yerləri (vakansiyalar) haqqında”, “İşə qəbul edilən və işdən çıxarılan (o cümlədən: kvota üzrə) işçilər”, “İş yerlərinin və işçilərin orta illik siyahı sayı”, “İşçilərin sayı və ştatları ixtisar edildikdə işdən çıxarılacaq işçilər” və “İşçilərin hərəkəti” haqqında hesabatlar daxildir.

Agentlik bu hesabatları artıq Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi vasitəsilə əldə ediləcək, kağız daşıyıcılarda hesabat qəbul olunmayacaq.

Hesabatların verilməsində elektron formata keçid ötən ildən start götürüb və hesabatların bir hissəsi hələ 2019-cu ilin dekabr ayından ləğv edilib. Hazırda proses artıq tam yekunlaşdırılıb.

Qanunvericiliyin tələbinə uyğun olaraq işəgötürənlər iş yeri boşaldığı gündən ən geci 5 iş günü müddətində əməkhaqqı göstərilməklə, vakansiya barədə məlumatları yalnız e-sosial.az portalı üzərindən “Məşğulluq” altsistemində yerləşdirməli və Ərazi Məşğulluq Mərkəzinin göndərişlərinə münasibət bildirməlidir.

Dövlət Məşğulluq Agentliyi ölkə üzrə məşğulluğa dair məlumatları, ölkənin məşğulluq xəritəsini, məşğul şəxslərin reyestrini, özündə birləşdirəcək “Əmək münasibətləri və məşğulluq” altsisteminin hazırlanması işlərini də davam etdirir. Altsistem işəgötürənlər, işə qəbul olunanlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər üçün vahid əmək münasibətləri paltforması rolunu oynayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR