Azərbaycan bəzi ölkələrlə hava sərhəddini aça bilər

Azərbaycanla müxtəlif ölkələr arasında hava reyslərinin bərpa edilməsi ilə bağlı danışıqlar gedir.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, Almaniyanın “Lufthansa” şirkətinə Frankfurt-Bakı reysinin bərpa olunması ilə bağlı müraciət edilib. Onun sözlərinə digər aviaşirkətlərdən də müraciətlər daxil olub və müxtəlif ölkələrlə avia reyslərin bərpa olunması istiqamətində danışıqlar aparılır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR