Dünyanın ən bahalı qoyunu fantastik qiymətə satıldı

Böyük Britaniyada dünyanın ən bahalı qoyunu satılıb.

Metbuat.az xəbər verir ki, oyun Şotlandiyada “Scottish National Texel Sale” auksionunda hərrəca çıxarılıb.

O, rekord qiymətə - 367,5 min funt sterlinqə (828,308 AZN) satılıb.

“Double Diamond” (İkiqat brilliant) ləqəbli qoyun ilk dəfə 10,5 min funt sterlinqə (23,665 AZN) təqdim edilib.

Əvvəlki rekord 2009-cu ildə Şotlandiyanın Lanark şəhərində auksionda 231 min funt sterlinqə (520,650 AZN) satılan qoçun qiyməti olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR