Ermənistanda daha 124 nəfər koronavirusa yoluxub

Ermənistanda son sutka ərzində daha 124 nəfər koronavirusa (COVID-19) yoluxub.

Metbuat.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 43 750 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 5 nəfər ölüb, pandemiya qurbanlarının sayı 877 nəfərə çatıb.

Koronavirusa yoluxmuş, digər xəstəliklərdən ölənlərin sayı 267 nəfərdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR