Tanınmış xanım teleaparıcı ştanq qaldırdı (VİDEO)

Tanınmış xanım teleaparıcı ştanq qaldırdı (VİDEO)
08:56 18 Yanvar 2015
415 Şou
Ölkə mətbuatı
A- A+

“İncə maraqlar” verilişinin aparıcısı ilə qonağı arasında zarafatlaşma olub.

ANS PRESS-in məlumatına görə, şənbə günü ANS TV-nin efirində yayımlanan “İncə Maraqlar” verilişində teleaparıcı qonaq qismində dəvət etdiyi prodüsser, eyni zamanda teleaparıcı olan Təranə Səmədovanı təqdim edərkən onunla bağlı bir təəssüratını da tamaşaçılarla paylaşıb.

“Bilirsiniz də, Təranə xanım çempionata hazırlaşır, bütün günü idman zalındadır. O gün gördüm idman zalında təəccüblə belə baxdım, sonra qaçıb o biri idman qurğusundan yapışdı. Bir də fırlanıb nə görsəm yaxşıdır? İdman zalında neyləyir? Ştanq qaldırır.” – deyə E.Təhməzova prodüsser haqqında deyib.

Təranə Səmədovanın ştanq qaldırdığını görən Elnarə Təhməzova, “sən anasan, sən bir qadınsan, lazım deyil, at bunları kənara…” – dedikdə, belə bir cavab alıb:
“Yox, mən çempionata hazırlaşıram”.

Qeyd edək ki, tanınmış prodüsser son zamanlar sosial şəbəkədəki səhigələrində idman zallarında gərgin məşqlər zamanı çəkdirdiyi görüntüləri dostları ilə bölüşür və bir müddət əvvəl ştanq qaldırdığını da əks etdirən video yayımlamışdı.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=320376

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR