.

700 bal toplayan abituriyent Qənirə Paşayevanın yanına gəldi

.

Ali məktəblərə builki qəbul imtahanında ən yüksək nəticə əldə edib 700 bal toplayaraq ailəsini, müəllimlərini sevindirən Əziz Kərimli Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ilə görüşüb.

Metbuat.az xəbər verir ki, təhsilini ADA Universitetində davam etdirmək istədiyini bildirən Əziz deputata gələcək planları barədə danışıb.

“Bütün günü oxumaqla məşğul olan Əziz Kərimli savadı ilə bərabər tərbiyəsi, ağlı, əxlaqı və dünya görüşü ilə də örnək gənclərimizdən biridir”,-deyə Qə.Paşayeva bildirib.

Əzizə təhsilində və gələcək fəaliyyətində uğurlar arzu edən komitə sədri Qənirə Paşayeva ona ADA Universitetini seçməklə çox doğru bir qərar verdiyini vurğulayıb.

“Millətimizin və dövlətimizin daha da uğurlu gələcəyi savadlı, vətənpərvər və əxlaqlı gənclərimizə bağlıdır” deyən Qənirə Paşayeva Əziz Kərimliyə öz məsləhət və tövsiyyələrini də verib, “hər zaman yanındayıq” deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR