Bakıda motosiklet sürücüsü yaşlı qadını belə öldürdü - ANBAAN GÖRÜNTÜ

.

Bakıda baş vermiş dəhşətli qəza hadisəsi kameraya düşüb.

Metbuat.az xəbər verir ki, hadisə günün qaranlıq saatlarında paytaxtın Nəriman Nərimanov prospektində baş verib. Bir neçə motosiklet sürücüsü yüksək sürətlə hərəkət edərək yarışır. Motosiklet sürücülərindən bir neçəsi öndə gedir. Sonuncu onlara çatmaq üçün sürəti artırır.

Bu zaman piyada keçidindən yolun əks istiqamətinə keçmək istəyən yaşlı qadını vurur.

Hadisə nəticəsində yaşlı qadın yerindəcə keçinir. Motosiklet sürücüsü isə ağır xəsarət alır. Videogörüntüləri təqdim edirik.

Ümid edirik ki, bu görüntülərə baxan motosiklet sürücüləri nəticə çıxaracaq və daha diqqətli olacaqlar. Çünki ani bir səhv iki ailənin həyatını qaraltmış oldu.(Avtosfer.az )


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR