7 ayda 350 kilometrlik yol və küçə yenidən qurulub

Son 7 ayda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 350 kilometrlik avtomobil yolu və küçə yenidən qurulub, təmir edilib.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a bildirilib ki, bu dövr ərzində respublika əhəmiyyətli 12,5 kilometr avtomobi yolu, kənd və qəsəbələrarası, həmçinin qəsəbədaxili 289,2 kilometr yol, Bakı şəhərinin 48,3 kilometr uzunluğa malik küçələri yenidən qurulub.

Həmçinin 3 piyada keçidi, 2 avtomobil tuneli, 5 körpü tikilərək istifadəyə verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR