BNA-nın qalmaqallı şöbə müdiri işdən çıxarıldı -

Bakı Nəqliyyat Agentliyinin (BNA) taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı qalmaqallı açıqlama vermiş şöbə müdiri Hikmət Babayev işdən çıxarılıb.

Metbuat.az bildirir ki, bu barədə “Report”a BNA-dakı mənbə bildirib.

Xatırladaq ki, ötən gün BNA açıqlama yayaraq H.Babayevin dediklərinin onun şəxsi fikri olduğunu, qurumun mövqeyini əks etdirmədiyini, şöbə müdiri ilə bağlı müvafiq inzibati tədbirlərin həyata keçirildiyini bəyan etmiş, lakin bu tədbirlərin nədən ibarət olduğunu açıqlamamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR