İranda güclü zəlzələ: Yaralılar və dağıntı var

Səhər saatlarında İranın Gülüstan əyalətinin Ramyan bölgəsində zəlzələ meydana gəlib.

Metbuat.az xəbər verir ki, Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzi ndən verilən məlumata görə, zəlzələnin gücü 5,1 bal olub. Zəlzələ 9 km dərinlikdə qeyd alınıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində 10 nəfər xəsarət alıb, evlərə ziyan dəyib.

Mənbə: İRNA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR