SON DƏQİQƏ! Bakıdan rayonlara gediş-gəliş ilə bağlı

Sentyabrın dördündə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah qərarına əsasən Sentyabrın 8-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaq şərti ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılacaq.

Bu barədə Metbuat.az-a özəl müsahibə verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirdi ki, avtobus ilə şəhərlərarası sərnişin daşımaya tətbiq edilən qadağa hələ də qüvvədədir.

''Avtomobil nəqliyyat ilə həm yerüstü beynəlxalq sərnişin daşımalarda həm də rayonlararası daşımalarda olan qadağa qüvvədə qalır. Səkkiz sentyabrdan etibarən şəhərlərarası və rayonlararası daşımalarda olan məhdudiyyət götürülmür sadəcə olaraq insanların paytaxta girişi və çıxışı icazəli olacaq. Onlar şəxsi avtomobil vasitələri ilə gedib-gələ biləcəklər.

Ancaq sərnişin avtobusları ilə gediş-gəlişə olan məhdudiyyət hələ də qüvvədədir. Düşünürük ki, Operativ Qərargah virusun artım sürətində əhəmiyyətli səviyyədə azalma olacağı təqdirdə sərnişin daşımada tətbiq olunan qadağaları aradan qaldıracaq.''

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR