Gömrükdən gizli dərman keçirmək cəhdi alınmadı

Dərman preparatlarının gömrük nəzarətinə bəyan edilmədən keçirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Metbuat.az-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstan istiqamətindən gələn “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi saxlanılıb. Gömrük baxışı zamanı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən 2 ədəd planşet, 730 ədəd müxtəlif adda dərman preparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR